Rusiya Federasiyasının Xabarov diyarında qvardiyada imtahan verən döyüşçü ölüb.

DVhab.ru portalının məlumatına görə, qırmızı beret almaq üçün Xabarov diyarında keçirilən imtahana gələn Ulan-Udedən olan əsgər bütün mərhələləri keçərək əlbəyaxa döyüş sınağına çatıb.

Bu döyüşdə kəllə sümüyü sınan əsgər komaya düşüb və özünə gəlmədən ölüb.

Загрузка...