Xəzər rayon İcra Hakimiyyəti başçısının 1-ci müavini vəzifəsində işləmiş Ələkbər Heydərov vəfat edib.
Bu barədə Musavat.com-a onun yaxınları məlumat verib.
Verilən məlumata görə 69 yaşlı Ələkbər Heydərovun vəfat etmə səbəbi onkoloji xəstəlik olub.
Ələkbər Heydərov 2001-2013-cü illərdə Xəzər rayon İcra Hakimiyyəti başçısının 1-ci müavini vəzifəsində işləyib.