Həyat yoldaşları tərəfindən şiddətə məruz qalan sənətçi xanımlar Oksana Rəsulova, Gülüstan Əliyeva, Renka, Rahidə Baxışova və aşıq Samirə yaşadıqlarını “X Maqzin” proqramına danışıblar.
BAKU.WS xəbər verir ki, “QadınaŞiddətəSon” sosial layihədə yer alan məşhurların söylədikləri cəmiyyətdə kişilərin qadınlara qarşı zorakılığın mentalitetə çevrildiyindən xəbər verir.
Tanınmış rəqqasə və aktrisa Oksana Rəsulova birinci həyat yoldaşı tərəfindən döyüldüyünü etiraf edib:
“İlk dəfə günlərlə ağlayırdım, küsürdüm. Sonra qorxu hissi yarandı, ikinci dəfə evdən qaçdım, rəfiqəmin evinə sığındım. Lap birinci həyat yoldaşımdan belə zərbələr almışam. Bu da bizim boşanma səbəbimiz olub. Qadına əl qaldıran kişi ən acizdir. Mən onlara heç kişi demirəm”.