“Türkiyənin heç bir ölkənin torpaqlarında, heç bir cəmiyyətin azadlığnda gözü yoxdur”.
“Report” xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan “TRT World Forum”dakı çıxışında deyib.
O, bildirib ki, terrorçularla bir masaya başqaları otura bilər və bu onu maraqlandırmır: “Biz terror qruplaşması ilə masaya otrumadıq və oturmayacağıq. Başqaları otura bilər, ancaq o bizi maraqlandırmır. Bir tərəfdən terrorçulara qarşı mübarizə deyəcəklər, o biri yandan da terrorçuları ərköyünləşdirəcəklər.
Silah dolu 30 min TIR-ı kimə göndəriblər?”, – deyə Türkiyə prezidenti vurğulayıb.