Bakıda baş verən ağır qəzanın görüntüləri yayıldı - VİDEO

Bakı şəhərinin Nərimanov rayonunda “Mercedes” və “KİA” markalı iki minik avtomobili toqquşub.

BAKU.WS xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə məlumat daxil olub.

Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri “Mercedes” markalı minik avtomobilində sıxılı vəziyyətdə qalan 1 nəfəri deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

Загрузка...