Ukraynanın Baş Prokurorun müavini təyin edilən azərbaycanlı kimdir? - DOSYE

Ukraynanın Baş Prokuroru Ruslan Ryaboşun müavini əslən azərbaycanlı olan Gündüz Məmmədov təyin edilib.

BAKU.WS xəbər verir ki, bu barədə Ukrayna Baş Prokurorluğunun mətbuat xidməti məlumat yayıb.

Soydaşımız buna qədər Ukraynanın bir çox şəhərlərində prokuror vəzifələrində çalışıb.

Gündüz Aydinoviç Məmmədov 26 oktyabr 1974-cü il Azərbaycanın Gəncə şəhərində anadan olub. Ukraynanın dövlət xadimi, hüquqşünas olan soydaşımız 1996-cı ildə İ.Meçnikov adına Odessa Dövlət Universitetini hüquqşünaslıq ixtisası üzrə bitirib.

O, 1996-cı ildən etibarən Odessa Primorsky rayon prokurorluğunda işləyib, karyera pilləkəninə prokuror köməkçisindən Primorsky rayon prokurorunun birinci müavini vəzifəsinə qədər yüksəlib. 2012-ci ildən 2013-cü ilə qədər Kiyev vilayət prokurorluğunun aparatında çalışıb. 2013-cü ilin martından 2013-cü ilin dekabrına qədər Ukrayna Milli Prokurorluq Akademiyasının baş elmi işçisi olub.

2013-cü ilin dekabrından 2014-cü ilin iyulunadək – Dnepr Ekoloji Prokurorluğunun İstintaq şöbəsinin müdiri, 11 iyul 2014-cü ildən 2016-cı ilin avqust ayına qədər Odessa şəhərinin prokuroru və Odessa vilayətinin prokuror müavini, 22 avqust 2016-cı ildən Krım Muxtar Respublikasının prokuroru vəzifəsində çalışıb.

31 mart 2017-ci il tarixində Kiyevdə Ukraynanın baş prokuroru Yuriy Lutsenko və Krım Muxtar Respublikasının prokuroru Gündüz Məmmədovun iştirakı ilə Krım Muxtar Respublikası Prokurorluğunun baş ofisi açılıb.

Ukraynanın Baş Prokurorun müavini təyin edilən azərbaycanlı kimdir? - DOSYEUkraynanın Baş Prokurorun müavini təyin edilən azərbaycanlı kimdir? - DOSYE

Ukraynanın Baş Prokurorun müavini təyin edilən azərbaycanlı kimdir? - DOSYE

Ukraynanın Baş Prokurorun müavini təyin edilən azərbaycanlı kimdir? - DOSYE

Загрузка...