İspaniyanın Kataloniya əyalətində davam edək aksiyalarda azı 80 nəfər yaralanıb. Onlardan 46 nəfəri polis əməkdaşıdır.

Musavat.com xəbər verir ki, İspaniyanın baş naziri Pedro Sançes açıqlama verərək, bu gecənin 3 gündür davam edən etirazların ən şiddətli gecəsi olduğunu deyib.

Polislə aksiyaçılar arasında çıxan qarşıdurmada 33 nəfərin saxlanıldığı bildirilir. Bu günə qədər isə ictimai sakitliyi pozma iddiası ilə 4 aksiyaçı həbs olunub.

Aksiyaçılar həmçinin küçələrə qurulmuş barrikadaları, avtomobilləri, zibil qutularını yandırıblar. “Küçələr hər zaman bizim olacaq” sloqanını qışqıraraq söyləyən aksiyaçılar təhlükəsizlik qüvvələrinə daş, şüşə və “molotov kokteyli” atıblar.

Qeyd edək ki, Kataloniyada 14 oktyabrda başlayan etirazlara səbəb ali məhkəmənin Katalan siyasətçilər haqda çıxardığı qərar olub. Kataloniyanın ən böyük şəhəri olan Barselonada dünən gecə etirazlara qatılan 10 min aksiyaçı polislərlə qarşıdurmada iştirak edib.

Загрузка...