Belqorod vilayətində Rusiya Federal Təhlükəsizlik Xidməti və regional sərhəd idarəsinin əməkdaşları Valuy rayonunun sərhəd zonasında qanunsuz mühacirlərin daşınması üçün nəzərdə tutulmuş dayanıqlı kanalın ləğvi ilə məşğul olublar.

Belə ki, əvvəllər Rusiyaya girişi qadağan edilən xarici vətəndaşlar sərhədi qanunsuz keçmək istəyərkən tutulub.

Rusiya Federal Təhlükəsizlik Xidmətinin Belqorod vilayətinin mətbuat xidmətindən verilən məlumata görə, məhkəmə istintaq idarəsi tərəfindən toplanan dəlillər əsasında Azərbaycandan gələn iki qeyri-qanuni mühacir 6 ay müddətinə cəza koloniyasına göndərilib.

Загрузка...