Şəkidə şok hadisə - 16 yaşlı qız beş aylıq hamilədir

Şəkidə yetkinlik yaşına çatmayan qızda hamiləlik aşkarlanıb.

Trend-in məlumatına görə, fakt Şəki rayonunun Suçma kəndində müəyyən edilib.

Belə ki, oktyabrın 15-də Şəki Rayon Mərkəzi Xəstəxanasının ginekologiya şöbəsinə Göygöl rayonunda anadan olmuş, Şəki rayonunun Suçma kəndində yaşayan, 2003-cü il təvəllüdlü Qasımova Nurcahan Mürşüd qızı gətirilib.

Xəstəxanada müayinə zamanı qızın beş aylıq hamilə olduğu müəyyənləşdirilib və bu barədə Şəki Şəhər Polis Şöbəsinə məlumat verilib.

Загрузка...