Müğənni, meyxanaçı Samirə Yusifqızı ATV-də yayımlanan “Şou ATV” verilişində qonaq olub.
BAKU.WS xəbər verir ki, Samirə 22 yaş ondan böyük olan sevgilsindən danışıb. Xanım söyləyib ki, onunla evlənmək istəyən şəxs atasından 2 yaş böyük olub.
Heç vaxt gəlinlik geyinmədiyini deyən Samirə ailə həyatı qurduğu ərinin ölümündən danışıb. Tək başına iki övlad böyüdən Samirə həyatının şokunu yaşayıb:
“Övladım əlimdən gedirdi. İtələdilər çarhovuzun kənarından. Arxası üstə başı dəymişdi daşa. Başı tam açılmışdı. Alın sümüyü çıxmışdı. Alın sümüyünü 3 ay soyuducuda saxlamışdıq. 3 gün oğlum komada yatdı. 2 ay xəstəxanın həyətində yatmışam. Mülküm, maşınım və qızıllarımı itirdim.