ABŞ boksçusu Patrik Dey döyüş zamanı aldığı xəsarətlərdən komaya düşüb və xəstəxanada ölüb.

BAKU.WS xəbər verir ki, 27 yaşlı boksçu Çikaqo şəhərində keçirilən döyüşdə həmyerlisi Çarlz Konvey ilə üz-üzə gəlib.

Döyüş çox gərgin keçib. Döyüşün 10-cu raundunda Çarlz Konvey güclü zərbə ilə Deyi nokauta salıb. Deyi rinqdən huşsuz vəziyyətdə xərəklə çıxarıblar.

İdmançı təcili olaraq xəstəxanaya yerləşdirilib. Onun vəziyyəti getdikcə pisləşib və Patrik Dey komaya düşüb.

Həkimlərin səyinə baxmayaraq idmançı 4 gün sonra ölüb.

Загрузка...