Rus jurnalistlər ABŞ-ın Menbicdəki bazasından məxfi görüntüləri dünyaya yaydılar - VİDEO

Rusiyalı jurnalistlər Suriyanın şimal-şərqindəki Menbic şəhəri yaxınlığında tərk edilmiş Amerika bazasından görüntülər paylaşıb.

BAKU.WS xəbər verir ki, görüntülərdən məlum olur ki, amerikalı hərbçilər bazanı tələsik tərk ediblər.

Bunu ABŞ hərbçilərinin bazada qalan şəxsi əşyaları və əmlakı deməyə əsas verir.

Bazada Rusiya bayrağı ilə yanaşı təhqiredici ifadələr yazılmış lövhəyə də rast gəlinib.

Qeyd edək ki, oktyabrın 15-də Rusiya Müdafiə Nazirliyi Suriya hökumət qüvvələrinin Menbic şəhərini tamamilə nəzarət altına aldığını elan edib. Türkiyə qoşunları ilə təmasda olan Rusiya hərbi polisi şəhər ərazisində patrul xidmətini təşkil etməyə köməklik edir.

Загрузка...