Əməkdar artist Vasif Məhərrəmli “Ay Zaur” proqramında qonaq olub.

Musavat.com xəbər verir ki, ifaçının baxımlılıqla bağlı açıqlaması müzakirələrə səbəb olub. Əməkdar artist “Pulu xərcləmək qazanmaqdan çətindir. Qarşımda 15-20 pullu oğlan var ki, qəpiyə güllə atırlar. Çünki zamanında doğru xərcləməyiblər. Səhnə gözəllik, qamət, yaraşıq tələb edir. Bir deyim var ki, kişidən mazut iyi gələr. Qardaş, kişidən niyə mazut iyi gəlməlidir? Dünyanın ən bahalı ətirlərini vururam, məndən mazut iyi gələ bilməz. Mazut iyi gələn adamın yanında heç vaxt oturmaram” – deyə bildirib.

Onun sözləri sosial şəbəkədə müzakirələrə səbəb olub. Prodüser Samir Xəttab ifaçıya sərt reaksiya verib: “Vasif Məhərrəmli yenə, deyəsən, darıxıb camaatın xoş tərifləri üçün. Bu dəfə altın vurub. Mazut iyi gələn kişi məni yağ, bal içində böyüdəndə sən kənddə yamaqlı paltarda gəzirdin, bəlkə də. Düzdür, sən mazut iyi gələn kişinin yanında otura bilməzsən”.

“Mazut iyi gələn kişinin yanında otura bilməzsən” – Vasif Məhərrəmlini biabır etdi
“Mazut iyi gələn kişinin yanında otura bilməzsən” – Vasif Məhərrəmlini biabır etdi

Загрузка...