Rusiyanın Leninqrad vilayətinin Kirov rayonunda kafedə dava baş verib.

BAKU.WS 47news.ru-ya istinadla xəbər verir ki, kafedə DJ-lə azərbaycanlı müştəri arasında mübahisə yaranıb.

Həmyerlimiz təkid edərək mahnının dəyişdirilməsini istəyib. Ancaq DJ mahnını dəyişməkdən imtina edib. Qəzəblənən azərbaycanlı bıçaqla DJ-yə hücum çəkib və onun ürəyinə bıçaq sancıb.

13 oktyabr tarixində Kirov rayonunun, “Ladojskoya” küçəsindəki kafedə baş verən cinayətin bəzi detalları məlum olub. Ürəyindən bıçaqlanan DJ-i xəstəxanaya çatdırıblar, amma həkimlər onun həyatını xilas edə bilməyib.

İlkin məlumata görə, kadrlarda görünən ofisiant ölən DJ-in qardaşı olub.

Qeyd edək ki, cinayəti törədən şəxsin Azərbaycan diasporasının nümayəndəsi olduğu iddia olunur.

Загрузка...