Azərbaycanın əməkdar elm xadimi, “Şöhrət” və “Şərəf” ordenli, akademik Vasim Məmmədəliyev vəfat edib.

Bu barədə Bakı Dövlət Universitetinin rəsmi “Facebook” səhifəsi xəbər yayıb.

Bildirilib ki, akademik oktyabrın 13-də Bakı şəhərində dünyasını dəyişib.

Qeyd edək ki, şərqşünaslıq üzrə saysız elim əsərlərin müəllifi olan mərhum Vasim Məmmədəliyev akademik Ziya Bünyadov ilə birlikdə sovet rejimi dövründə “Qurani-Kərim”i ilk dəfə Azərbaycan dilinə tərcümə etmişdi.

İlk dəfə 1991-ci ildə işıq üzü görmüş bu tərcümə indiyə qədər müxtəlif illərdə 10 dəfə nəşr olunub.

Загрузка...