Avtomatik qaralama

Xırdalanda oğurluq olub. Gecə geyim mağazasına girən şəxslər 1000 manat dəyərində paltar və ayaqqabılar oğurlayıblar. Hadisə anı anbaan təhlükəsizlik kamerasına düşüb.

BAKU.WS Xəzər TV-yə istinadla xəbər verir ki, əllərində olan dəmir parçası ilə mağazanın qapısını açırlar.

İçəri daxil olan bu iki şəxs əvvəlcə kassada pulun olub-olmadığını yoxlayırlar.

Kassada pul olmadığını görən şəxslər daha sonra çıxış yolun geyim oğurlamaqda görürlər. Əllərinə keçən geyimləri bir-bir yoxlayan şəxslər onları elə mağazadan götürdükləri çantalara yığırlar. Daha sonra isə oradan uzaqlaşırlar.

Kadrlar Xırdalan şəhərində lentə alınıb. Şəhərin mərkəzi yolunda yerləşən mağazaların birinə daxil bu iki şəxs sözün əsl mənasında oranı talan ediblər.

Mağaza sahibi Gündüz İsmayılov deyir ki, həmin şəxslər onlara ən azı 1000 manata yaxın ziyan vurublar. Hadisə ilə bağlı Abşeron rayon polis idarəsinə müraciət edilib.

Abşeron rayon polis idarəsindən verilən məlumata görə, hadisə ilə bağlı hazırda araşdırma gedir.

Загрузка...