Rafael Ağayev:

“Allah Brüs Liyə rəhmət eləsin”.

BAKU.WS xəbər verir ki, bu sözləri Azərbaycan karateçisi, 5 dəfə dünya, 11 dəfə Avropa çempionu olan Rafael Ağayev deyib.

İctimai TV-də yayımlanan “Fatehin divanı” verilişinə qonaq olan idmançı uşaqlıq dövründən və karateyə niyə gəldiyindən söz açıb:

“Çünki 6-7 yaşımda çox nadinc olmuşam. Orta məktəbi də çox zəif oxumuşam. Loru dildə desək uşaq vaxtlarımda dalaşqan olmuşam. Valideyinlərim bunu hiss edib.

Atama yaxınlaşıb demişəm ki, mən karateni istəyirəm. Tək əldən səs çıxmaz. İlk növbədə ailəm, müəllimlərimə çox sağol deyirəm”.

Загрузка...