Arif Hacılı yenidən Müsavat Partiyasının başqanı seçildi - FOTO

Bu gün, oktyabrın 13-də Bakının Binəqədi rayonunda yerləşən «Büllur» sarayda keçirilən Müsavat Partiyasının IX qurultayı başa çatıb.

Musavat.com-un verdiyi məlumata görə, qurultayda ən çox səs toplayaraq partiyanın başqanı yenidən Arif Hacılı seçilib.

Qeyd edək ki, 2014-cü ildə partiyanın VIII qurultayında da Arif Hacılı başqan postuna seçilmişdi.

IX qurultay ərəfəsində partiya başqanlığına 3 şəxs iddiasını qoymuşdu. Bunlar Müsavat Partiyası Divanının üzvləri Tofiq Yaqublu, Yadigar Sadıqlı və hazırkı başqan Arif Hacılı idi.

Arif Hacılı yenidən Müsavat Partiyasının başqanı seçildi - FOTO

Загрузка...