Boksun IBF və WBC versiyası üzrə ağır çəkidə dünya çempionu Eroll Spens dəhşətli qəzaya düşüb.

Oxu.Az xarici mətbuata istinadən xəbər verir ki, hadisə ABŞ-ın Texas ştatının Dallas şəhərində baş verib.

“Ferrari” markalı avtomobili ilə yüksək sürətlə hərəkətdə olan Spens qəfildən idarəetməni itirib və nəqliyyat vasitəsi bir neçə dəfə fırlanıb.

Təhlükəsizlik kəməri taxmayan boksçu avtomobildən kənara düşüb və ağır yaralanıb. Hazırda xəstəxanada olan dünya çempionunun həyati təhlükəsi davam edir.

Qeyd edək ki, ötən ay Los Ancelesdə Şon Porter ilə döyüşdə çempionlu kəmərini qoruyan Spens yanvar ayında Dani Qarsiya ilə çıxacağı döyüşü buraxmalı olacaq.

Qəzanın videosu sosial şəbəkədə yayılıb.

Загрузка...