Bakının Nərimanov rayonunda bıçaqlanma hadisəsi baş verib.
APA xəbər verir ki, Montin qəsəbəsində 1995-ci il təvəllüdlü Marifzadə Cəlal Kamran oğlu qonşusu tərəfindən bıçaqlanıb.
Yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılaraq cərrahi əməliyyat edilib. Ona kürəyin kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub. Vəziyyəti ağır qiymətləndirilir.
Faktla bağlı araşdırmalara başlanılıb.