Zirəddindən Azərbaycanla bağlı PROQNOZ - 4 il sonra...

Rusiyada yaşayan məşhur azərbaycanlı ekstrasens Zirəddin Rzayev Bakıya gəlib.

Medianews.az Milli.Az-a istinadən xəbər verir ki, Zirəddin ölkəmizin siyasi, mədəni və idman aləmini əhatə edən sualları cavablandırıb:

Bakı səfərinizin məqsədi nədir?

– Bakıya bu səfərimin səbəbi dostumdur. Moskvada yaşayan iş adamıdır. Anası rəhmətə getmişdi, həmin vaxt mən onun hüzr yerinə gələ bilmədim. Sabah onun 40 mərasimidir, Şamaxıya gedirəm. Həm də bu bir səbəb idi. Çoxdandır dostlarımı görmürdüm.  Çoxdandır Azərbaycan mətbuatında, efirlərdə görünmürdüm. Ona görə, həm ziyarət, həm ticarət.

Azərbaycan futbolçulardan ibarət millisindən beynəlxalq səviyyədə bir uğur gözlənilirmi?

– Son 3-4 il ərzində uğurlar görmürəm, təəssüf ki! 4 ildən sonra ola bilsin ki, Avropa Çempionatının finalına çıxa bilərik.

8 il öncə Azərbaycan Avroviziya musiqi yarışında birincilik əldə etdi. Bu uğurun yaxın illərdə təkrarlanacağı gözlənilirmi?

– Bu il Azərbaycan 10-luğa düşdü. Azərbaycan millətinin sayına görə, ərazisinə görə digər ölkələrdən kiçik bir ölkədir. Amma bizim ürəyimiz, ruhumuz, sənətimiz, folklorumuz digər millətlərdən çox böyükdür. Ona görə, mən bunu da uğur sayıram. Mən dəfələrlə Avroviziya haqqında proqnoz vermişəm, proqnoz səhv çıxıb. Bilirsiniz niyə səhv çıxıb? – Bu siyasətdir! Əgər bir ölkə son 5 ildə ən azından iki dəfə Avroviziyada birinci yerə çıxırsa, bu, dövlətə böyük maddi zərərdir. Ona görə bu da məntiqidir. Pul ilə alınır, pul ilə satılır. Bunu açıq deyirəm mən! Heç bir dövlət istəməz ki, 5 ildə iki dəfə böyük bir yarışın qalibi olsun və maddi zərər görsün. Həm də bu, xalqın, camaatın narazılığına səbəb ola bilər. Azərbaycandan söhbət getmir, mən başqa ölkələri də nəzərdə tuturam. Ukraynada oldu, Ukraynanın özü belə istəməz ki, 2-3 il ardıcıl birinci yerə çıxsın. Balaca olub, böyük ruha sahib dövlətimiz var, vətənimiz var. Azərbaycan bir dəfə birinci yerə çıxıbsa, bu, artıq bizim qələbəmiz deməkdir. Avroviziyada bir dəfə bayrağımızı ucaltdıq, mənə elə gəlir, bu bizə kifayətdir.

“Sosial şəbəkə dövrü” bitəcəkmi?

– Verdiyiniz sual həm mənim təhsilimə, həm də məşğul olduğum sahəyə aiddir. Bu il Rusiyanın ictimai palatasına qəbul edildim. Oranın işçi qüvvəsinin tərkibində internet təhlükəsizliyi üzrə mütəxəssislərdən biriyəm və orada yeganə azərbaycanlıyam. İctimai palatada biz Rusiyanın internet təhlükəsizliyi, pedofiliya, homoseksuallıq, terrorizm, narkomaniya – bu sahələr üzrə həmişə müzakirələr aparırıq. Çox maraqlıdır ki, Rusya kimi nəhəng bir dövlət internetin, sosial medianın öhdəsindən gələ bilmir, bacara bilmir.

Çünki nə qədər cinayətlər var, hamısı sosial şəbəkələrdə baş tutur. Bu, millətin psixologiyasıdır. Görürsünüz, Kütləvi İnformasiya Vasitələrinin verə bilmədiyi informasiyanı, dövlətin əleyhinə sosial “set”lərdə yayılır, paylaşılır. Bu, Amerikada, Rusiyada – hər yerdə belədir. Ona görə də, bunu yaradan gizli qurumlar… (red: Çoxları bilir mən nələri və kimləri nəzərdə tuturam), məhz elə bunun üçün yaradıblar – Xalqı idarə etmək üçün. Yox, bu axıra qədər də belə gedəcəkdir. Bunun bir sonluğu yoxdur. Biz daha qorxulu tərəfə gedirik!

Yolda bir iti də maşın vuranda, onu çəkib sosial şəbəkədə paylaşırlar – “Maşın iti vurdu getdi, kimsə kömək etmədi”. Yəni həyatımızın ən kiçik bir nüansı belə sosial setlərdə öz əksini tapır. Bunun yaxşı tərəfi də var. Bəzən görürsən ki, KİV nələrisə gizlədir. Məsələn, Rusiyanın İrkutsk vilayətində Tulun şəhərində su daşqınları oldu.

Rəsmi məlumat tamam başqa idi, amma xalqın özünün çəkib qoyduğu məlumat KİV-lərin verdiyi informasiyadan fərqli idi. Daha acınacaqlı, daha faciəli idi. Bunu nədən belə edirlər, deyə bilmərəm. Ola bilsin xalqı qorxutmaq, “panika” yaranmasını istəmirlər. Ola da bilsin başqa bir səbəbi var, mən bilmirəm. Bu, dünyanın hər yerində belədir. Amma sosial şəbəkələrin pis tərəfi yaxşısından daha çoxdur.

Загрузка...