Bakıdan Dubaya uçan “Flydubai” aviaşirkətinin sərnişin təyyarəsi İranın Şiraz şəhərinə təcili eniş edib.
Trend İRNA-ya istinadən xəbər verir ki, enişə səbəb hava layneri ilə bağlı texniki problemlər olub.
Hadisə zamanı sərnişinlərdən heç biri xəsarət almayıb.