Hafiz Hacıyev:

“Vəsiqəsini girov qoyan şəxs, vətənini girov qoymuş kimidir”.

BAKU.WS xəbər verir ki, bu fikri Müasir Müsavat Partiyasının sədri, deputat Hafiz Hacıyev İctimai Televiziyada (İTV) yayımlanan “3D” proqramında bildirib.

O, verilişin aparıcısı Dadaş Dadaşlinskinin suallarını cavablandıran həmçinin deyib ki, deputat mandatı ləğv edilən Rafael Cəbrayılovun 200 evi olub: “2016-cı ildə mən onun barəsində müsahibə vermişdim. Həmin vaxt onun incitdiyi bir xanım bizim qəbulumuza gəlmişdi. Çox təəssüf ki, mənim 2016-ci ildə dediyim bu il öz təsdiqini tapdı. Vəsiqəsini cibində gəzdirən bir insan, aparıb onu girov qoydu. Vəsiqəni girov qoymaq, elə vətəni də girov qoymaq kimi bir şeydir. Hər-halda 200 ev onun olubdur. Bizim heç bir dənə evimiz yoxdur. O, 200 evi hardan alıb? Bəzi insanları aldatmaqla, Milli Məclisin də nüfuzuna xələl gətirib”.

Загрузка...