Azərbaycanda DƏHŞƏT - Qadını ata bağlayaraq sürüdülər

Goranboy rayonunda qonşular arasında dava düşüb.

BAKU.WS-in bölgə müxbirinin verdiyi məlumata görə, hadisə Xanqərvənd kəndində qeydə alınıb.

İlkin məlumatlara görə, kənd sakini, 1984-cü il təvəllüdlü Sahilə Ələkbərova bir neçə gün əvvəl itmiş atlarının qonşusunun həyətində olduğunu görərək onlara gedib.

Qadın qonşusundan atlarını geri qaytarmağı tələb edib.

Bu zaman iki qonşu qadınla aralarında mübahisə yaranıb.

Qonşu qadın oğlu və qızı ilə birlikdə S.Ələkbərovanı döydükdən sonra qadını həmin ata bağlayaraq sürüyüblər.

Ağır bədən xəsarətləri alan qadın ailə üzvləri tərəfindən xəstəxanaya çatdırılıb.

Onun vəziyyətinin ağır olduğu bildirilir.

Hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat verilib, araşdırmalara başlanılıb.

Загрузка...