“Hayat devam ediyor” serialı ilə məşhurlaşan türkiyəli aktrisa Meltem Miraloğlu gizli ərə gedib.
Musavat.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, o, özündən 48 yaş böyük, 80 yaşlı amerikalı biznesmenlə nikah masasına oturub. Lakin o əri yaşlı olduğu üçün evliliyini hər kəsdən gizlədib.
Cütlüyün evliliyini eşidənlər aktrisanın serialda yaşadıqlarını bir daha gündəmə gətirib. Belə ki, aktrisa “Hayat devam ediyor” serialında uşaq yaşında qoca kişiyə zorla ərə verilən qızı canlandırıb.