Paşinyan Kardaşyanla təkbətək görüşdü - VİDEO
Ermənistanın paytaxtı İrəvanda keçirilən 23-cü Beynəlxalq İnformasiya Texnologiyaları Konqresində (WCIT 2019) iştirak edən erməni əsilli məşhur model Kim Kardaşyan Baş nazir Nikol Paşinyanla görüşüb.

Yeniavaz.com Ermənistan mətbuatına istinadən bildirir ki, Nikol Paşinyanla görüşdə Kim Kardaşyan baş nazirin sosial şəbəkələrdən aktiv şəkildə istifadə etməsini alqışlayıb. Kardaşyan bildirib ki, o Ermənistanda alt paltarı istehsalı ilə məşğul olan müəssisə açmaq istəyir. Daha sonra mətbuat nümayəndələri otaqdan çıxarılıb.

Onu da bildirək ki, Kardaşyan Ermənistana səfəri zamanı gördüyü ilk iş Eçmiədzin kilsəsinə gedərək uşaqlarını xaç suyuna saldırmaq olub. Xaç suyuna salınma zamanı Kardaşyanın uşaqlarına yeni erməni adları da qoyulub.

Загрузка...