Dünya ulduzu Madonnanın Nyu-Yorkda baş tutmalı olan konserti təxirə salınıb.

“RİA Novosti” xəbər verir ki, bu barədə müğənnin saytı məlumat yayıb.

Bildirilib ki, dizindən zədə alan super ulduz həkimə müraciət edib. Tibb işçiləri isə ona ən az 3 gün dincəlməyi məsləhət görüblər. Bu səbəbdən bu gecəyə planlaşdırılan “Madam X” adlı şou təxirə salınacaq.

Madonnanın təmsilçiləri bildiriblər ki, fanatlar biletləri qaytarmaq üçün tələsməsinlər. Qarşıdakı günlərdə konsertin hansı günə keçirilməsi ilə bağlı ətraflı məlumat veriləcək.

Madonna özü isə “İnstagram” hesabından açıqlama verərək bildirib ki, “Madam X” üçün də bu vəziyyət təəssüfvericidir, amma o da sizin kimi insandır və bir neçə gün istirahətə ehtiyacı var ki, dizi normal hala düşsün.

Qeyd edək ki, 3 gün nəzərdə tutulmuş şounun 10 və 12 oktyabrdakı konsertləri isə vaxtında keçiriləcək.

Загрузка...