Əmisi oğlunun arvadı ilə eşq yaşayan Əliheybət:

Bir ildir müalicə aldığı 7 saylı Vərəm Dispanserindən yoxa çıxan Türkan qəsəbə sakini Aydın İmanovun axtarışı zamanı ortaya şok faktlar çıxıb.

BAKU.WS xəbər verir ki, Xoşqədəm Hidayətqızının “Səni axtarıram” proqraqmında gərgin anlar yaşanıb. itkin düşən Aydının həyat yoldaşı Aidə İmanovanın ərinin əmisi oğlu ilə gizli eşq yaşadığı məlum olub.

Araşdırmalar Aidənin İmanovanın həyat yoldaşından gizlin ikinci telefon işlətdiyini üzə çıxarıb. Məsələnin üstü açıldıqda etiraf etməkdən başqa çıxış yolu olmur. İmanova həmin telefonu ona ərinin əmisi oğlu Əliheybətin aldığını, həmin telefonla ancaq onunla danışdığını açıqlayıb.

Əliheybət Aidənin söylədiklərini inkar edib:

“Bu telefondan, nömrədən xəbəri olanın kişilikdən payı yoxdur. Xoşqədəm xanım, and olsun Allaha, bu ər axtarmır. Bura məni rüsvay, balalarımı bədbəxt etməyə çıxıb”.

Aidə Əliheydərin yalan danışdığını bu sözlərlə sübut etməyə çalışıb:

“Yadındadır Əliheydər, o nömrəni mənim doğum tariximə uyğun almışdın. Orta rəqəm mənim ayıma uyğun olmadı, dedin öz ayımın rəqəmini almışam”.

Onun bu etirafı qarşı tərəfi acıqlandırıb:

“Ay qız, get işinlə məşğul ol! Heç mən sənin ayını, ilini bilirəm? Sən kimsən axı?! Sənin başının gülləsi çatmır!”

Bu dialoqu eşidənlər şoka düşüblər. Qadının ərinin əmisi oğlu ilə eşq yaşaması hər kəs tərəfindən pislənib.

Xatırladaq ki, Aidə İmanova ötən verilişdə də həyat yoldaşı Aydın İmanovun yoxa çıxmasında Əliheybət İmanovdan (Aydının əmisi oğlu) şübhələndiyini bildirib: “Əliheybətin mənə qarşı isti münasibəti vardı. Dedi ki, sən mən deyənlərlə razılaş, Aydını özüm aradan götürüm, yox edim”.

Загрузка...