Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Tovuz Regional Şöbəsinin rəisi işdən azad edilib.
BAKU.WS-in bölgə müxbirinin verdiyi məlumata görə, Rauf Əlizadə tutduğu vəzifədən azad edilib.
Onun yerinə Samir Əliyev təyin olunub. Yeni rəis daha öncə AQTA-nin Gəncə Regional Şöbəsinin sektor müdiri vəzifəsində çalışıb.