“Qızım olsaydı, universitetə getməyə qoymazdım” - Nazpəri

“Qızımın olmasını çox istəyərdim. Xasiyyətim pisdir deyə, yəqin ki, Allah verməyib”.

Axşam.az xəbər verir ki, bu sözləri “Ay Zaur” proqramında Xalq artisti Nazpəri Dostəliyeva deyib.

“Qız uşağına qarşı çox qısqancam. Onu bir dəqiqə də nəzarətsiz buraxmaz, bəlkə də universitetə getməyə də qoymazdım. Rəfiqələrinin olmasına, gəzməsinə icazə verməzdim”.

O, daha sonra həyat yoldaşından danışıb:

“Allah mənə elə güc, ruzi verdi ki, ikinci dəfə evlənməyə ehtiyacım olmayıb. Birinci evlilik zamanı başıma elə hadisələr gəlirdi ki… Yoldaşım icazə vermirdi ki, efirə çıxım. Məndən dörd yaş böyük idi. Mühəndis işləyirdi. Dünyasını dəyişib”.

Загрузка...