Mühacirlərin məhzun dönüşü

Bu, adi xəbər deyil, puç olmuş ümidlərin, əndazəsini aşmış məyusluğun rəqəmli göstəricisidir.

Xəbər belədir: “Almaniyada 1703 azərbaycanlıdan yalnız 76 nəfərə yaşamaq icazəsi verilib”.

Almaniya Federativ Respublikasının Miqrasiya və Qaçqınlarla iş üzrə Federal İdarəsi (BAMF) bu ilin 8 ayı ərzində sığınacaq üçün müraciət etmiş 1627 həmvətənimizə neqativ cavab verib.

Almaniya dövlətinə pənah aparan, onun mərhəmətinə və səxavətinə sığınmaq istəyən, ancaq mənfi cavab alanların tam əksəriyyəti öz ölkəsində siyasi təqibə məqruz qalmayanlar idi – bu, birmənalıdır.

Ancaq bu o demək deyil ki, onlar öz ölkələrini, doğma vətənlərini keflərindən tərk etmək  istəyirdilər.

Heç bir halda heç kəs sırf macərapərəstlik üzündən ölkə dəyişdirmək istəməz. Onları buna mütləq hansısa ciddi bir səbəb vadar edir.

Bu, daha yaxşı, daha rahat, daha firavan yaşamaq istəyi, öz ölkəsində öz gələcəyini görməmək, hər an nəsə bir təhlükə hiss etmək təlaşı, adicə öz dolanışığını təmin edə bilməmək reallığı da ola bilər.

Uğursuz mühacirlərimiz isə siyasi motivli təqib, ölüm və həbs təhlükəsi məsələsindən bəhanə kimi yararlanmaq istəyirdilər.

Miqrantlar məsələsində dünyanın ən tolerant dövləti olan, olduqca humanist siyasət yeridən Almaniya dövləti 1627 vətəndaşımızın nəyə görə Almaniyaya sığınmaq istəməsinə dair göstərdiyi dəlil-sübutlara inanmayıb.

Almaniya dövləti bu məsələdə haqlıdırmı? Haqlıdır.

Bu dövlət əvvəlcədən mühacirlərə status vermək sahəsində kriteriyalar müə yyənləşdirib, qərara alıb ki, hər sığınacaq istəyənə bu statusu verməsin, onu yalnız öz ölkəsində labüd ölüm və həbs təhlükəsi qarşısında qalanlara, siyasi motivli təqibə məruz qoyulanlara versin.

Ölkəmizdən gedən çox az adam bu kriteriyalara uyğun gələn tərcümeyi-hala malikdir.

Hətta bu yaxınlarda Almaniyanın ölkəmizdəki sə firliyi siyasi motivli həbsə məruz qalmış gənc ər-arvad cütlüyə viza verməmişdi ki, birdən gedərlər, geri dönməzlər.

Dünyanın dörd bir yanından Almaniyaya kütləvi miqrant axını olduğuna görə almanlar son illərdə bu sahədəki siyasətlərini sərtləşdiriblər. 10-15 il əvvəlki kimi hər gələnə “xoş gəldiniz” demirlər, araşdırırlar.

Belə məlum olur ki, artıq təqdim olunan sənədlər qovluğuna müxalifət partiyalarından alınmış arayış, hansısa mitinqdə çəkilmiş əlişüarlı şəkil, təqib olunduğuna dair qəzet yazısı qoymaq işə yaramır.

Dünyanın ən ağıllı millətlərindən biri olan almanları sonsuza qədər aldatmaq mümkün deyildi. Şərq hiyləgərliyi də bir yerə qədər. İndiyə kimi, kim onların sadəlövhlüyündən, insanlara inamından sui-istifadə edibsə, edib, amma indi durum dəyişib.

Bəs burada ev-eşiyini, avtomobilini, olan-olmazını satan, əldə etdiyi pulun bir yarısını “mühacir dəllaları”na verən, bir yarısını yola, bir neçə il ərzində yaşayışına sərf edən, indi isə əliboş qalan, üstəlik, Almaniya hökumətindən neqativ cavab alan insanlar necə olsun?

Bax, bu gerçək faciədir. İndi onların heç nəyi yoxdur. Bir neçə il əvvəl öz vətənlə rində çox şeyləri vardı: pis-yaxşı ev-eşikləri, pis-yaxşı iş-gücləri, pis-yaxşı dolanışıqları. İndi isə əli ətəklərindən uzun vəziyyətdədirlər. Məyusluğun dibi.

Söz yox, öz vətənlərinə qayıdanda onları cinayət məsuliyyətinə cəlb etm əyəcəklər. Bura Şimali Koreya deyil. Amma bunsuz da onların qarşısında xeyli ciddi problemlər var: yenidən yuva qurmaq, yenidən normal bir iş tapmaq, hər şeyi yenidən başlamaq… Hələ məktəb yaşlı uşaqlar varsa (çoxunda da var), daha pis, demək, oturum izni gözləyə-gözləyə itirilən illər daha çox uşaqlardan gedib.

Əslində Almaniya hökuməti sığınacaq üçün müraciət edənlərə lap əvvəldən konkret və qəti cavab (ya “hə”, ya da “yox”) versəydi, o ölkəyə gedən həmvətənlə rimizin sayı bu qədər şişməzdi.

Amma almanlar mühacirləri qaçqın düşərgəsində yerləşdirir, minimal yaşayış təminatı verir, uzun-uzadı araşdırma proseduruna başlayırdılar. Bu isə o niyyətdə olan, amma tərəddüd edənlərin qəti qərara gəlməsinə səbəb olurdu, çamadan ovqatına köklənmiş adamlarda “odur, filankəs iki ildir Almaniyadadır, demək, onlara sığınacaq verəcəklər, biz də gedək” qənaəti yaradırdı.

Axırı da belə.

Bu fikri yüz dəfə yazmışıq, yüz birinci dəfə də yazaq. Biz əla təbiəti, əlverişli iqlimi, bərəkətli torpağı, bol suyu olan ölkəmizdə elə şərait yaratmalıyıq ki, gözümüz onun-bunun künc-bucağında qalmasın. Bir ölkənin təbiətinin cənnət olması kifayət deyil, cəmiyyəti, idarə edənləri də yaxşı olmalıdır.

Norveçli məşhur səyyah Tur Heyerdalın məşhur ifadəsini bir daha təkrar edək: “Dünyanı dolaşıb cənnət axtaran adamlar axırda onu tapırlar – öz vətənlərinə qayıdanda”.

Загрузка...