Erməni saytlarında Nikol Paşinyanın şelfi çəkməsi artıq ənənəvi xəbərə çevrilib. İrəvana gəlmiş prezidentlərlə selfisinin müzakirəsi bitməmiş, birini də çəkib Feysbukdakı şəxsi səhifəsind1ə yayıb. Ermənistanın baş naziri bu dəfə rok musiqisinin nümayəndəsi Serj Tankyan və prodüser Erik Esrailyanla şelfi çəkdirib, arvadı Anna Akopyanla birlikdə…
Paşinyan bu fəaliyyəti ilə artıq Ermənistan daxilində də gülüş obyektinə çevrilib. Onun fəaliyyəti demək olar ki, özçəkim etməkdən o tərəfə keçmir. Tehrana səfər edəndə də çəkdiyi şelfi ilə bir müddət gündəmdə qalmağı bacardı. Los-Ancelsə səfər etdi, orda da, ABŞ prezidenti ilə ikitərəfli görüş arzusu ürəyində qalanda da ürəyindəki tikanı Donald Trampla çəkdiyi şelfi ilə çıxartmaq istədi.
Rəqibləri hələ də Nikolun İrəvandakı toplantı zamanı çəkdiyi şelfini dartışırlar. Hətta orada bəzi liderlərin bu gülünc adamın kadrında yer almaq istəməməsinə sonradan Paşinyan “bəziləri şelfi çəkdirməyi xoşlayır, bəziləri də yox” şəklində reaksiya vermişdi. İndi də siyasətçi tapılmadığından Ermənistanda keçirilən WCIT-2019 informasiya texnologiyaları konqresində iştirak etmək üçün gələn artistlərlə şəkillər çəkdirir. Nikol yazıb: “Bu gün bizə əziz qonaqlar gəlib: Serj Tankyan, Eris Esrailian”. Ölkənin baş nazirinə baxın!
Paşinyan indi həsrətlə ABŞ-da yaşayan erməni pornoulduz Kim Kardaşyanı gözləyir. Erməni gözəlçə qabaqcadan deyib ki, 6-9 oktyabr tarixlərində İrəvanda olacaq. O, Ermənistanda alt paltarlarının satışını təşkil etmək, bununla da Ermənistanda iş yerləri açmaq niyyətindədir.
Bax, belə. Küçə aksiyalarının lideri indi ümidini alt paltar satışına bağlayıb. Hansı ki, avqustda “Ermənistan 2050 – İnkişaf Strategiyası” adlı nağı-konsepsiyasını açıqlamışdı. Əsl “xəyalplov ” idi. 1991-ci ildə Ermənistanda 3 505 258 nəfər yaşadığı halda, 2018-ci ildə ermənilər yarım milyondan çox azalıb, say 2 951 776 nəfərə enib. Ancaq Nikol deyib 50-ci ildə əhalinin sayı 5 milyona çatdıracaq? Necə, nə ilə, bax, bunu açıqlamır.
71932348_2425741821079532_3457490128304340992_n.jpg (30 KB)
Elə gün olmur ki, Ermənistanda sosial tələblərlə aksiya keçirilməsin. Paşinyan hətta ekoloji fəlakətə səbəb olan mədənlərin fəaliyyətini dayandırmaq istəmir, iş yerləri olmadığı üçün. Təkcə son vaxtlarda 40 minədək erməni iş, çörək dalınca Rusiyaya üz tutub. Hərbi çağırış yaşı çatan, ancaq Rusiyaya qaçmış minlərlə erməni gənc isə Paşinyanın çağırışlarını veclərinə belə almadılar. Həm də ermənilər anlayır ki, hərbi xidmət Azərbaycan əsgərinin gülləsinə tuş olmaq deməkdir. Ona görə də uşaqlarını ölkədən çıxarırlar.
Bütün bu fəlakətli duruma kor olmaq əvəzinə, Paşinyan “Qarabağ Ermənistandır. Nöqtə” kimi yeni uydurmalar üzərində siyasət qurmaq istəyirdi. Lakin alınmadı. Azərbaycan prezidenti İlham Əliyevin Rusiyadakı nüfuzlu tədbirdə “Qarabağ Azərbaycandır. Nida işarəsi” deməsi, üstəlik Dağlıq Qarabağ Muxtar Vilayətinin yaradılması tarixini də faktlarla diqqətə çatdırması və Paşinyanın iddialarını Vladimir Putinin iştirak etdiyi tədbirdə darmadağın etməsi ermənilərə yaman yer eləyib. İndi onlar Paşinyanın yaxasından yapışıb “bunumu istəyirdin”, deyə, hesab sormağa məqam gəzirlər.
“Selfi çəkən baş nazir”sə nə edəcəyini bilmir. Əvvəla, siyasət aləmində çox naşıdır. İkinci tərəfdən də Paşinyan erməni diasporunun səxavətinə ümid etdiyi halda, əli boşa çıxdı. Rusiya biznesmenləri ondan üz döndəriblər, ölkəyə yatırım qoymurlar. Çünki Nikolun kürsüdə müvəqqəti olduğunu bilirlər. Üstəlik, Rusiya hakimiyyəti ilə problemləri olan birinin ölkəsinə investisiya qoymaq risklidir, bunu anlayırlar. Sentyabrda ABŞ erməniləri ilə keçirdiyi görüş də nəticəsiz başa çatdı, Paşinyan nə Qərbdən, nə də Rusiyadan gözlədiyini ala bilmir. Bu mənada erməni baş nazirin Tankyana sığınması anlaşılandır.
Keçən il Ermənistanda baş verən hadisələr zamanı İrəvana gələn Tankyanı Paşinyan hətta hava limanında qarşılamışdı. Üstəlik, Tankyan işğal altındakı Azərbaycan ərazilərində pul xərcləyən ulduzlardandır. Nikol ümid edir ki, bu ağır günlərdə də rokçu müğənni əlini cibinə salacaq, ona görə özünü gülünc hala sal1ır.
Putinin səfərindən sonra ermənilər təşvişdədirlər. Bu, təkcə Moskvanın Paşinyanı yox, ümumilikdə Ermənistanın cəzalandıracağından doğan qorxudur. Artıq şübhə etmir lər ki, Kreml qazın qiymətini qaldıracaq. Paşinyansa Kremlin qarşısına Tankyan və Kardaşyanla çıxır…