Erməni döyüşçü rinqdə türk rəqibini boğaraq öldürmək istəyib.

BAKU.WS xəbər verir ki, bu hadisənin görüntüləri sosial şəbəkələrdə və Türkiyə mətbuatında yayılıb.

Videodan göründüyü kimi iqmançılar rinqdə mübarizə aparırlar. Rafael Abrahamyan adlı erməni idmançı türk rəqibi Batuhan Akdumanı boğma fəndi ilə məğlub edib. Rəqib əl işarəsilə təslim olduğunu bildirsə də, erməni idmançı onun boğazını buraxmayıb.

Hakim onları ayırmağa çalışıb. Bir neçə dəqiqə rəqibin boğazından yapışan erməni idmançı türk rəqibini boğaraq öldürmək istəyib.

Hadisədən sonra Batuhan Akduman huşunu itirib. Onun köməyinə həkimlər gəliblər.

Hadisənin görüntülərini təqdim edirik.

Загрузка...