Göygöl Rayon Polis Şöbəsində üç nəfər işdən azad edilib.

Oxu.Az-ın məlumatına əsasən, bu barədə Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, əməliyyat işləri üzrə rəis müavini, polkovnik-leytenant Cavad Səfərəliyev, cinayət-axtarış bölməsinin rəisi Yasin İsmayılov, Sarısu Polis Bölməsinin rəisi Elşən Quliyev işdən çıxarılıb və sərəncama götürülüb.

Onların yerinə hələlik təyinat yoxdur.

Загрузка...