Rusiyanın Şimali Osetiya Respublikasında opera və balet teatrında yanğın adisəsi qeydə alınıb.
Virtualaz.org rus mətbuatına istinadən bildirir ki, yanğın binanın çardağına başlayıb. Hadisə qısaqapanma nəticəsində baş verib.
Yanğın zamanı teatrda tamaşanın məşqləri gedirmiş. Hadisə nəticəsində xəsarət alan olmayıb, lakin 400 nəfər təxliyə olunub.