“Maşın şou”nun ilk yarışma günü aşıq Namiq Fərhadoğlunun oyundakı taleyi bəlli olub.
Musavat.com xəbər verir ki, şouda səs verməyə çıxan aşıq 69.41 faiz səs toplayıb. O, sözünün üstündə duraraq müğənni Kərim Abasovu oyundan uzaqlaşdırıb.
Artıq “Maskarad” adlı yarışda 17 iştirakçı maşın uğrunda mübarizə aparacaq. Onlar aşağıda adları qeyd olunanlardır: Xalq artistləri Bilal Əliyev, Fatma Mahmudova, reper “Qurd”, müğənnilər Nazim Pişyari, Türkan Vəlizadə, Ayan Babakişiyeva, Aysun İsmayılova, Fuad Musayev, Niyam Salami, Ramal İsrafilov, Aşıq Namiq Fərhadoğlu, aparıcılar Suna Kasımoğlu, Lalə Mustafayeva, Kəmalə Piriyeva, aktrisa Zümrüd Qasımova, meyxanaçı Aqşin Fateh, aktyor Məcid Hüseynov