“Facebook” şirkəti amerikalı senator, Demokrat partiyasından prezidentliyə namizəd Elizabet Uorreni dövlət başçısı seçilməsi halında onu məhkəməyə verəcək.
Musavta.com xarici agentliklərə isitnaədn xəbər verir ki, bu barədə baş direktor Mark Sukerberq firmanın əməkdaşları ilə söhbətində bildirib.
Söhbətin audio səs yazısı “The Verge” saytında verilib.
“Elizabet Uorren fikirləşir ki, ən düzgün yol şirkəti parçalamaqdır. Mən bildirirəm ki, əgər o, prezident seçilsə, biz problemi hüquqi yolla mübahisələndirəcəyik və mən udacağımızı düşünürəm. Əgər kimsə sizin varlığınızı təhdid edirsə, mübarizə aparmalısınız”,-deyə “Facebook”un sahibi bildirib.
Qeyd olunur ki, demokrat siyasətçi Elizabet Uorren “Facebook”, “Amazon”, “Google” və “Apple” kimi iri texnologiya nəhənglərini onların nüfuz və hakimiyyətinin böyük olmasına görə bölünməsi planını irəli sürüb.
Elizabet Uorren ile ilgili görsel sonucu
“Mən Amerikada hətta ən qüdrətli şirkətlərin belə qaydalar üzrə oynamasını təmin edən hökumət istəyirəm. Buna görə də biz iri texnologiya firmalarını özlərinin siyasi hakimiyyətindən qaydları özlərinə görə istifadə etməsinə mane olmalıyıq”,-deyə E. Uorren öz bloqunda yazıb.
mark zuckerberg trump ile ilgili görsel sonucu
Ötən ay ABŞ prezidenti Donald Tramp və bir sıra senatorla görüşən Mark Sukerberq rəhbərlik etdiyi şirkətin məhz böyüklüyü sayəsində seçkilərə müdaxilə edə bildiyini, rəqib firma sayılan “Tvitter”in isə əlindəki resursların azlığı ucbatından problemin öhdəsindən gələ bilmədiyini söyləmişdi.
“Tvitter bizim qədər keyfiyyətli iş görə bilmir. Şirkətimizin təhlükəsizliyə ayırdığı vəsait onların gəlirindən belə çoxdur,”-deyə Mark Sukerberq bildirib.