Bakıda dəhşətli qəza: “Kamaz” 44 yaşlı qadının üstündən keçdi

Binəqədi rayonunda yol qəzası zamanı bir nəfər ölüb.

Medianews.az APA-ya istinadən xəbər verir ki, hadisə Binəqədi şossesində baş verib. Belə ki, 1975-ci il təvəllüdlü Allahverdiyeva Zərxanım Ənvər qızı piyada keçidindən keçən zaman “KamAz” markalı yük avtomobili onun üzərindən keçib. Qadın hadisə yerində ölüb.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində cinayət işi başlanılıb.

Загрузка...