Bakıda baş verən qəzanın görüntüləri yayımlanıb.

Oxu.Az-ın məlumatına görə, görüntülərdən aydın olur ki, 90-LU-613 dövlət nömrə nişanlı yük maşını nizamlanmayan yol ayrıcını keçmək istəyərkən qaydaları kobud şəkildə pozub və qəzaya səbəb olub.

Qəza zamanı “Mercedes” və “Ford” markalı avtomobillər toqquşub. Yük maşını isə qəzadan sonra heç nə olmamış kimi hadisə yerindən qaçıb.

Hadisə anı arxadan gələn avtomobildə yerləşdirilmiş kameraya düşüb.

Загрузка...