Türkiyənin İstanbul şəhərində küçənin otrasında kişini güllələyiblər.

BAKU.WS “haberler”ə istinadən xəbər verir ki, hadisə ötən gün saat 19 radələrində Taşdelen küçəsində qeydə alınıb.

Küçədə mübahisə edən iki kişi sonradan dava etməyə başlayıb. Biri digərini vuraraq yerə yıxıb. Sonra belində gəzdirdiyi tapançanı çıxarıb və yerə yıxılan şəxsə atəş açıb.

Mübahisənin borc üstündə baş verdiyi bildirilib. Güllənən 1966-cı il təvəllüdlü Abdul Selam S.-nin borcu olub və pulu qaytara bilməyib.

Hadisənin görüntülərini ətrafda olan insanlardan biri telefonla çəkib. Həmin video sonradan Türkiyədə sosial şəbəkələrdə böyük müzakirələrə səbəb olub.

Həmin görüntüləri təqdim edirik:

Загрузка...