“AXCP sədri müavinliyindən istefa verdim”.

Musavat.com xəbər verir ki, bu bəyanatı Fuad Qəhrəmanlı özünün Facebookdakı səhifəsində verib.

Bəyanatın mətnində bu istefanı ən müxtəlif rənglərlə rəngləməyə, adı ətrafında ortaya çıxan biabırçılıqıarı siyasiləşdirməyə çalışan Qəhrəmanlı bu addımı AXCP naminə atdığını iddia edib. Qeyd edib, ki, guya kimlərsə AXCP -yə və Əli Kərimliyə qarşı səlib yürüşünə keçib.

Sitat: “Mənimlə bağlı yaranmış vəziyyət bəhanə edərək ACXP- yə qarşı səlib yürüşünə keçiblər… Ona görə də nə liderimə, nə də ki, AXCP yə bir ziyan dəyməməsi üçün hər zaman hər cür fədakarlığa hazır olmusam” .

Qəhrəmanlı daha sonra yazıb: “Barəmdə deyilən ittihamlar təhrif olunub və mən həbs olunmazdan öncə 4- 5 il öncə konfliktli situasiya zəminində qısa müddətli ailə daxil münaqişə yaşlşamışam. Bu baş verənlərə görə də pesmanam. Bu zaman yaşanan gərginlik övladlarımda mənəvi travma yaradıb və Selcanın açıqlaması da bu travmadan doğan emosional reaksiya olub.

Ancaq bundan sonra Zümrüdlə 5 illik birgə həyat sürməklə, biz əslində o dönəmin yaralarını sarmışdıq. Selcanın statusunda qeyd etdiyi fikirlərlə bağlı polemikaya girməyi mənəvi baxımdan özümə uyğun görmədiyimdən , onunla bağlı gerçək motivləri də aydınlaşıdırmağı doğru saymıram.

Fuad Qəhrəmanlı AXCP-dəki vəzifəsindən istefa verdi - biabırçı son

Bütün bunlara rəğmən mən indiki halda öz haqlılığımı deyil, AXCP -nin nüfuzunu və ona qara yaxmaq istəyənlərin məkrli niyyətlərinin qarşısını almağı əsas götürərək, AXCP sədrinin müavini postundan istefa verirəm”.

Qəhrəmanlı daha sonra özünü və ömür yolunu tərifləyib: “15 yaşımdan ömrümü ancaq rejimə qarşı mübarizəyə sərf etdiyimdən, bu qərarı vermək heç də asan deyil. 30 illik bir siyasi prosesin yetisdirdiyi siyasətçinin getməsi, heç də km demokratik mübarizənin xeyrinə deyil. Biz statusa deyil, mübarizyə, prinsiplərə sadiq olmuşuq”.

Fuad Qəhrəmanlı AXCP-dəki vəzifəsindən istefa verdi - biabırçı son

Qeyd edək ki, F. Qəhrəmanlının qızı Selcan Yağmur dünən sensasion açıqlama ilə çıxış edərək, atasının anasını və onları sadiscəsinə döyməsi və başqa biabırçılıqlar barədə açıqlama yaymışdı. Qızının açıqlamasından dəqiqələr sonra Fuad Qəhrəmanlı xüsusi bəyanatla çıxış edərək, bəyan etmişdi kj, Selcanın Facebook profili oğurlanıb…

Görünən budur ki, ifşa olunan və yalanı baş tutmayan alovlu Kərimliçinin siyasi karyerası öz ailəsinin revanşı nəticəsində bitib.

Qeyd edək ki, bu, Əli Kərimlinin yaxın ətrafındakı adamlarla bağlı baş verən ilk biabırçı hadisə deyil.

Musavat.com

Fuad Qəhrəmanlı AXCP-dəki vəzifəsindən istefa verdi - biabırçı son

Загрузка...