Müğənni Zeynəb Həsəni ilə vəkil Şəfiqə Nağıyeva arasında qalmaqal yaşanıb.

BAKU.WS xəbər verir ki, bir ay əvvəl anasını itirən ifaçı ARB-nin “Elgizlə izlə” verilişinin qonağı olub.

Efirdə ifaçının anasının görüntüləri yayımlanarkən hər kəs göz yaşı tökür. Hətta tamaşaçılardan birinin halı pisləşir. Zeynəb isə nə qədər ağır olsa da, göz yaşlarını boğur və ağlamır.

Onun bu hərəkəti erilişdə ekspert qismində iştirak edən vəkil Şəfiqə Nağıyevanı qıcıqlandırır və ağlamadığı üçün müğənniyə hirslənir.

“Sənin anan ölüb, niyə ağlamırsan?! Zalda oturanlar belə sənin anan üçün göz yaşı tökdü, səndən bir damcı yaş çıxmadı”-deyərək Zeynəbin üstünə qışqırıb.

Zeynəb Həsənli onun bu sözləri ilə razılaşmayıb: “Siz mənim nə çəkdiyimi biməzsiz. Bəlkə də siz ananız üçün mənim qədər əziyyət çəkməmisiz. İllərdir xəstə anamı müalicə etdirmişəm, anama baxmışam. Xəstəxanaların həyətində yatmışam. Bir aydır hər gün göz yaşı tökürəm. Gərək sizin qabağınızda ağlayım? Xahiş edirəm, fikir bildirməyin. Bilmədiyinizi danışmayın!”

Şəfiqə Nağıyevanın bu müdaxiləsi nəinki müğənnini, Elgiz Əkbəri və digər ekspertlərin də xoşuna gəlməyib. Aparıcı Zeynəb Həsəninin müdafiə edərək, onun sağlığında anası üçün etdiklərindən bəhs edib.

Zeynəb Həsəni ilə vəkilin mübahisəsinin bir hissəsini təqdim edirik:

Загрузка...