Hollandiyalı futbolçu maşınında güllələndi - VİDEO

Hollandiyalı futbolçu Kelvin Maynard dünən Amsterdamda maşınında güllələnərək öldürülüb.

BAKU.WS xəbər verir ki, “Burton Albion” və “Royal Antverpen” kimi klubların formasını geyinən 32 yaşlı futbolçunun ölümü böyük rezonans yaradıb.

Hollandiya polisi hadisədə şübhəli bilinən iki nəfərin axtarışına başlayıb.

Hadisə zamanı yaxınlıqda olan yanğınsöndürənlər Kelvin Maynarda kömək etsələr də, futbolçunun həyatını xilas edə bilməyiblər.

Загрузка...