"Qarabağ"ın futbolçusunun evini yaranlar saxlanıldı - TƏFƏRRÜAT

Bakı şəhər Baş Polis İdarəsindən Medianews.az-a verilən məlumata görə, faktla bağlı Binəqədi rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4 maddələrilə cinayət işi başlanılıb. Cinayət işi üzrə bütün halların araşdırılması, istintaqın tam, obyektiv və hərtərəfli aparılması, vətəndaşa dəyən maddi ziyanın ödənilməsi üçün üçün istintaq hərəkətləri davam etdirilir. Şübhəli şəxslərin digər talama cinayətlərində iştirakı istisna edilmir.

Şübhəli şəxslərin əməllərindən zərər çəkən varsa, polisə məlumat vermələri tövsiyə olunur.

***

“Qarabağ” klubunun hücumçusu Mahir Emrelinin evini qarət etməkdə şübhəli bilinən şəxslər tutulub.

Medianews.az-a Bakı şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsi, Kriminalistik Tədqiqatları İdarəsi, Binəqədi rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsi, rayon Polis İdarəsinin Kriminal Tədqiqatlar qrupu və 40-cı Polis Bölməsi əməkdaşlarının birgə keçirdiyi uğurlu əməliyyat-axtarış tədbirləri nəticəsində Qazax rayon sakinləri, əvvəllər məhkum edilən Nicat Vəliyev və əvvəl məhkum olunmayan Anar Mahmudov tutulublar.

Faktla bağlı Binəqədi rayon Polis İdarəsində araşdırmalar davam etdirilir.

Qeyd edək ki, futbol üzrə Azərbaycan yığmasının və “Qarabağ”ın hücumçusu Mahir Emrelinin Sulutəpə qəsəbəsi, Ruslan Allahverdiyev küçəsi, döngə 20 ünvanında yerləşən evindən 20 min dollar, 17 min manat, 5 min manatlıq qızıl-zinət əşyaları və 3 ədəd “İphone” markalı telefon oğurlanıb.

Загрузка...