Rusiyanın Ulyanovski vilayətinin qubernatoru Sergey Morozovun İT üzrə məsləhətçisi Svetlana Opyonışeva “şokalad vannasında” çəkdiyi selfiyə görə üzr istəyib.

BAKU.WS xəbər verir ki, Naftalanda sanatoriyada palçıq vannası qəbul edərkən çəkdiyi fotolara verdiyi “çox şokolad olmur” şərhi ilə izləyicilərini qıcıqlandıran məmur “Facebook” səhifəsində üzrxahlıq statusu paylaşıb.

“Paylaşımım kimi qıcıqlandırıbsa və ya təhqir edibsə, onlardan ictimai şəkildə üzr istəyirəm. Heç kimin xətrinə dəymək məqsədim olmayıb. Belə alındı”— Opyonışeva yazıb.

Məmur qadın qeyd edib ki, sadəcə Azərbaycandakı möhtəşəm və bahalı olmayan istirahətin təəssüratlarını bölüşmək istəyib.

Qeyd edək ki, sözügedən paylaşıma görə Svetlana Opyonışeva qarşı xidməti araşdırma başladılıb.

Rus məmur Azərbaycanda çəkdirdiyi şəkillərə görə üzr istədi - FOTO

Загрузка...