Bu gün səhər saatlarında Bakı metrosunda qatarların hərəkətində problemlər yaranıb.

Verilən məlumata görə, “Həzi Aslanov” istiqamətindən “Dərnəgül” istiqamətinə hərəkət edən qatarlarda sərnişin sıxılığı müşahidə edilib.

Eyni zamanda qatarlar tuneldə yubanıb. Məsələ ilə əlaqədar olaraq “Bakı Metropoliteni” ilə əlaqə saxladıq.

Qurum rəsmisi Bəxtiyar Məmmədov “Minval.info”ya bildirib ki, səhər saatlarında sərnişinlər “Xalqlar Dostluğu” stansiyasında qatarın qapılarını tutub saxlayıblar.

Bununla da,vaqonlardan birinin qapısı sıradan çxııb.

“Qatarın qapısını saxlamağa cəhd göstəriblər. Sıxma əleyhinə avtomatlaşdırılmış sistemi var. Qapı bağlanarkən sıxılıb saxlanıldıqda proqram təminatı sıradan çıxır.

Bakı metrosunda həyəcan – Maşinist işıqları söndürdü – FOTO

Nəticədə maşinist məcbur olub sistemə müdaxilə edib. Bir qatar gecikəndə qrafikdə problemlər yaranır”, – deyə B.Məmmədov bildirib.

Qeyd edək ki, hadisənin görüntülərini “modern.az” saytı yayımlayıb.

Bildirilir ki, qatarın qapılarında problem yarananda, maşinist işıqları söndürüb. Həmin görüntüləri təqdim edirik.

Загрузка...