Xəzər Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən Bakının Şağan qəsəbəsində fəaliyyət göstərən “Qərib Pir” məscidində Azərbaycan şəhidlərinin fotolarının əks olunduğu plakatların sökülməsi ilə bağlı iddialar həqiqəti əks etdirmir.

Bu sözləri APA-ya Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətinin rəisi Elşad Hacıyev bildirib.

O, qeyd edib ki, iddialar polisə qarşı təxribatdır, orada plakatların polis tərəfindən sökülməsi ilə bağlı hər hansı göstəriş olmayıb, yalandır: “Bu qərəzli məlumatı yayanlar nəzərə alsınlar ki, polis bu xalqın övladlarıdır, vətən uğrunda canını fəda edən şəhidlərimizin xatirəsi bizim üçün də əzizdir, müqəddəsdir”.

Загрузка...