2018-ci ildə Azərbaycanda 14-17 yaşda uşaqlar tərəfindən və ya onların iştirakı ilə 455 cinayət törədilib.

Oxu.Az-ın məlumatına görə, bu rəqəm 2017-ci illə müqayisədə azdır.

Belə ki, 2017-ci ildə belə cinayətlərin sayı 532 olub.

Yeniyetmələrin daha çox törətdiyi cinayət isə oğurluqdur.

2017-ci ildə 14-17 yaşlı yeniyetmələr tərəfindən 367 oğurluq halı qeydə alınıb. 2018-ci ildə isə bu rəqəm 292 olub.

Загрузка...