Vilayət Eyvazov 3 rəisi vəzifəsindən kənarlaşdırdı

Daxili İşlər orqanlarında növbəti kadr dəyişiklikləri olub.

Medianews.az “unikal.org”a istinadən xəbər verir ki, Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə, Xaçmaz rayon polis şöbəsinin əməliyyat işləri üzrə rəis müavini Amil Tahirli sərəncama göndərilib.

Nazirin digər əmri ilə, Xaçmaz RPŞ-nin Cinayət Axtarış Bölməsinin (CAB) rəisi Səxavət Abbasov və Dövlət Yol Polis Şöbəsinin rəisi Elşad Nəbiyev tutduğu vəzifələrindən kənarlaşdırılaraq sərəncama götürülüb.

Xəbəri Xaçmaz rayon polis iadrəsindən təsdiqləyiblər.

Загрузка...