SSRİ əməkdar artisti, tanınmış sənətkar Fatma Mehrəliyevanın oğlu Qabil Mehrəliyev əlacsız durumdadır.

Sənətkarın oğlu AZXEBER.COM-a açıqlamasında küçələrdə yaşadığını və heç kimin ona dəstək olmadığını deyib.

Qabil Mehrəliyev deyib ki, hazırda küçələri süpürməklə pul qazanır: “Mənim 74 yaşım var, həyatda heç kimim yoxdur. Anam 2000-ci ildə vəfat edəndən sonra kimsəsiz qalmışam. Övladlarım da məni atıb gedib. Hazırda Dərnəgüldə küçələri süpürürəm, zibilləri daşıyıram, özümdə 1 metrlik “butka”da qalıram. Anamın sənətçi dostlarından, imkanlı şəxslərdən xahiş ediərəm ki, mənə kömək etsinlər.

Qabil Mehrəliyevin saytımıza video açıqlamasını təqdim edirik:

Загрузка...